“Beşiktaş” nikah təzələdi
02.02.2017 - 23:11
“Beşiktaş” nikah təzələdi

“Beşiktaş” bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi serb müdafiəçi Dusko Tosiçlə anlaşma müddətini uzadıb.

 

32 yaşlı futbolçunun mövsümün sonunda başa çatmalı olan sözləşməsi 2020-ci ilədək davam edəcək. Yeni müqaviləyə əsasən, Tosiçin illik maaşı 200 min avro artırılacaq.

 

Qeyd edək ki, Serbiya milli komandasının üzvü 2015-ci ildən “Beşiktaş”da çıxış edir. O, “qara qartallar”ın heyətində 28 qarşılaşmada meydana çıxıb.