“Beşiktaş” Qomesə əvəzləyici tapdı
05.05.2016 - 17:23
“Beşiktaş” Qomesə əvəzləyici tapdı

“Beşiktaş” rəhbərliyi mövsümün sonunda komandadan ayrılacaq Mario Qomesə əvəzləyici axtarışına çıxıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “qara qartal” “Roma”nın forvardı Edin Dzeko ilə yaxından maraqlanır.

 

Qarşı tərəflə danışıqlara artıq mstart verilib. Əgər Dzekonun transferi baş tutmasa, türkiyəlilər diqqətlərini Samuel Eto`O, Mario Mandzukiç və ya Uqo Rodelyeqaya yönəldəcəklər.

 

İstanbul təmsilçisi əvvəllər də Dzeko ilə maraqlanıb. Lakin həmin vaxt bosniyalının keçidi alınmayıb.

 

Qeyd edək ki, karyerası ərzində “Volfsburq” və “Mançester Siti” kimi klubların da formasını geyinmiş Dzeko 2015-ci ildən “Roma”nın şərəfini qoruyur. O, “canavarlar”ın heyətində 36 oyunda 10 qola imza atıb.

 

0