“Borussiya”da “Bavariya” ilə oyunöncəsi ciddi itki
18.11.2016 - 23:03
“Borussiya”da “Bavariya” ilə oyunöncəsi ciddi itki

Bundesliqanın XI turunda “Bavariya” ilə qarşılaşacaq Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı üzvlərindən olan Marko Roys zədə səbəbindən oyunu buraxacaq.

 

Almaniya millisinin üzvü oyuna hazırlıq zamanı xəsarət alıb.

 

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.