“Bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq”
25.02.2016 - 15:26
“Bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq”

“Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit-raund öncəsi bizim üçün yaxşı hazırlıq oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Macarıstan yığmasının baş məşqçisi Dorotiya Şumi deyib.

 

Bakıda təlim-məşq toplanışında olan macarıstanlıların çalışdırıcısı bu gün Azərbaycan yığması ilə keçirilən yoxlama matçı haqda fikirlərini açıqlayıb. Şumi 1:0 hesablı qələbədən razı qaldığını qeyd edib: “Oyuna gəlincə, bərabərsəviyyəli mübarizənin şahidi olduq. İlk oyunla müqayisədə bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq. Gənc futbolçulardan təşkil olunan Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıram”.

 

Qeyd edək ki, Macarıstan yığması ilk oyunda 3:0 hesabı ilə qalib gəlmişdi.