[b]“Bu oyun həlledici xarakter daşıyacaq” – Robert Prosineçki[/b]
27.02.2016 - 17:50
[b]“Bu oyun həlledici xarakter daşıyacaq” – Robert Prosineçki[/b]

“AVRO-2016-nın final mərhələsində keçiriləcək Türkiyə - Xorvatiya matçı hər iki komanda üçün həlledici xarakter daşıyacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiyalı mütəxəssis vətənində verdiyi müsahibədə vaxtilə şərəfini qoruduğu yığmanın AVRO-2016-nın Fransadakı final mərhələsi şanslarından danışıb. O, İspaniya, Çexiya, Xorvatiya və Türkiyənin mübarizə apardığı qrupu dəyərləndirib: “Komandamız çox güclü qrupa düşüb. Türkiyə ağır vəziyyətdə olanda baş məşqçi postuna Fatih Terim gətirildi. O, Arda Turan və aqressiv futbol “ay-ulduzlular”ın ən yaxşı qrup üçüncüsü olması üçün yetərli oldu. Bu komandanın qarşılaşmalarına çox sayda azarkeş gəlir. Xorvatiya ilk turun bu komanda ilə matçında qələbə qazansa, 1/8 finala adlayacaq. Çünki bu matç həlledicidi”.

 

Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi iyunun 11-də start götürəcək.