“Çelsi”, “Arsenal” və “Real”ın keçmiş üzvü qovuldu
15.02.2017 - 00:18
Fransalı yarımmüdafiəçi Lassana Diarra klubsuz qalıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu 2015-ci ildən çıxış etdiyi "Marsel" klubundan qovulub.
Belə ki, klubdan verilən açıqlamaya görə, futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun karyerasını harada davam etdirəcəyi hələlik müəyyənləşməyib.
Qeyd edək ki, Lassana Diarra karyerası ərzində “Çelsi”, “Arsenal” və “Real” kimi klubların formasını geyinib.
0
0