“Çelsi”dən ayrıldı, “Liverpul” aldı
30.05.2017 - 22:07
“Çelsi”dən ayrıldı, “Liverpul” aldı

“Liverpul” “Çelsi” ilə müqavilə müddəti başa çatan Dominik Solankeni heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, 19 yaşlı hücumçu “qırmızılar”a azad agent kimi qoşulub.

 

Bu barədə “qırmızılar” rəsmi açıqlama verib. Müqavilə iyulun 1-dən qüvvəyə minəcək. 

 

Solanke “Çelsi”nin üzvü olsa da, bu klubun əsas komandasında və İngiltərə Premyer Liqasında bir oyun belə keçirməyib. O, son mövsümdə Hollandiya Erediviziyası təmsilçisi “Vitess”də top qovub.

 

Qeyd edək ki, gənc hücumçu həm də, İngiltərənin gənclərdən ibarət millisinin üzvüdü.