“Çelsi”nin braziliyalısı Çin klubuna keçdi
27.01.2016 - 22:00
"Çelsi"nin braziliyalı yarımmüdafiəçisi Ramires “zadəganlar”ı tərk edib. Apasport.az saytının məlumatına görə, yarmmüdafiəçi karyerasını Çinin "Tsyansu Saynti" klubunda davam etdirəcək.
Bu barədə məlumatı londonluların rəsmi saytı yayıb.
İngiltərə mətbuatı isə iddia edir ki, Çin klubu 28 yaşlı futbolçunun keçidi üçün 19,6 milyon funt-sterlinq ödəyib. Müqaviləyə əsasən, Ramires 2019-cu ilin dekabr ayınadək "Tsyansu Saynti"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, Ramires 2010-cu ildən "Çelsi"nin şərəfini qoruyurdu. O, London klubunda meydana çıxdığı 251 oyunda 34 qola imza atıb.
0
0