“Çelsi”nin hücumçusu millidən kənarlaşdırıldı
10.11.2016 - 19:32
“Çelsi”nin hücumçusu millidən kənarlaşdırıldı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Makedoniya ilə qarşılaşacaq İspaniya millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin hücumçusu Dieqo Kosta zədə səbəbindən millinin heyətindən uzaqlaşdırılıb.

 

O, İngiltərə ilə yoldaşlıq oyununda da iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Kostanın əvəzinə yığmaya “Selta”nın hücumçusu Yaqo Aspas dəvət olunub.