“Fənərbaxça” hissə-hissə satıldı
26.02.2016 - 22:45
Sərmayə artımına gedən İstanbulun “Fənərbaxça” klubu hissələrini satışa çıxarıb. Apasport.az saytının məlumatına görə, ən çox hissə alan şirkət və şəxslərin adları artıq klub tərəfindən ictimaiyyətə açıqlanıb.
150 nəfərin adı olan siayhıda iş və təhsil dünyasından tanınmış şəxslər də var. Ümumilikdə 63 milyon türk lirəsi miqdarında hissə satın alan digər sərmayədarlar arasında klubun idarəçilərindən və tanınmış şəxslərdən Ali Koç, Fərit Şahənk, Aziz Yıldırım, Nihat Özdemir, Abdullah Kığılı, Acun Ilıcalı və digərləri də var.
0
0