“Fiorentina” “Beşiktaş”ın işini çətinə saldı
20.04.2016 - 21:11
“Fiorentina” “Beşiktaş”ın işini çətinə saldı

“Fiorentina” Mario Qomezlə müqaviləni pozmaqdan imtina edib. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, növbəti ilin yayına kimi nəzərdə tutulmuş müqaviləni pozmaqdan imtina edən “bənövşəyililər” anlaşmanın şərtlərinə sonuna kimi əməl edəcək.

 

Belə ki, alman futbolçunun hazırda çıxış etdiyi “Beşiktaş” onu min avro müqabilində transfer edə bilər. Ancaq şərtə görə, oyunçunun növbəti transferindən florensiyalılara 40% komissiya haqqı ödənilməlidi.