“Hərbçilər”in Zaqatala zəfəri
20.04.2016 - 18:17
Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında yuxarı pillələrdə qərarlaşan komandalar üz-üzə gəliblər.
Belə ki, 4-cü yerin sahibi MOİK özündən 2 pillə aşağıda qərarlaşan “Zaqatala”nın qonağı olub. Paytaxt klubunun fasilədən dərhal sonra vurduğu qol matçda yeganə olub. “Hərbçilər” bu qalibiyyət sayəsində 3-cü pillədəki “Ağsu” ilə aradakı xal fərqini 3-ən endirib.
“Zaqatala” – MOİK - 0:1
Qol: Fərid Kərimzadə, 46
Qeyd edək ki, turun digər oyunları aprelin 21-22-də keçiriləcək.
0
0