“Liverpul”un və İngiltərə millisinin keçmiş oyunçusu Ceymi Karrager 2016-cı ilin ən yaxşı futbol hadisəsini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Daily Mail” nəşrinə müsahibə verən keçmiş oyunçu bildirib ki, İbrahimoviçin “Mançester Yunayted”ə keçidi ilin ən önəmli hadisəsidir.
“Bu il Zlatanın Mançesterə köçməsi ilin ən yaxşı hadisəsidi. Təsəvvür edin bu cür dünya ulduzunu tamamilə pulsuz əldə edirsiz. Düzdü, mən A seriyasında və Liqa 1-də oynayanda onu çox tənqid etmişəm, çünki Çempionlar Liqasında yetərincə yaxşı çıxış etmirdi, ancaq bumövsümkü oyunu haqqında əlavə nəsə deməyə ehtiyac yoxdu – 25 oyunda 16 qol” – Karrager bildirib.