“İnter” polşalı futbolçu ilə maraqlanır
03.03.2016 - 22:12
“İnter” “Torino”nun müdafiəçisi Kamil Qliki heyətinə cəlb etmək istəyir. Apasport.az saytının “La Gazetta dello Sport”a istinadən məlumatına görə, milanlılar polşalı futbolçu üçün yay transfer pəncərəsi açılan kimi təklif yollayacaqlar.
Mənbə iddia edir ki, italiyalılar Polşa milli komandasının da formasını geyinən 28 yaşlı oyunçu üçün 10 milyon avro ödəməyə hazırdı.
0
0