“İnter”də yeni müqavilə
06.10.2016 - 22:21
"İnter" Mauro İkardi ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının “La Gazette dello Sport”a istinadən məlumatına görə, yeni anlaşmanın müddəti 2021-ci ilə qədər nəzərdə tutulub.
Anlaşmanın şərtlərinə əsasən, İkardinin gəliri də artacaq. O, illik 5.5 milyon avro qazanacaq. Bu məbləğ A seriyaslğında çıxış edən sadəcə iki futbolçunun maaşından azdı. Belə ki, İtaliyada ən çox qazanan Qonzalo İquayn (“Yuventus”, 7.5 milyon) və Daniele De Rossidir (“Roma”, 6.8 milyon).
Argentinalı hücumçunun sərbəstqalma məbləği isə 110 milyon avro müəyyənləşdirilib.
0
0