“İnter”dən ayrıldı, sabiq komandasına qayıtdı
25.01.2016 - 09:49
“İnter”dən ayrıldı, sabiq komandasına qayıtdı

Bakının “İnter” klubunun sabiq futbolçusu Emiliano Vila özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, albaniyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

 

27 yaşlı yarımmüdafiəçinin Tirananın “Partizani” klubu ilə anlaşıb. Əvvəllər də bu klubda oynamış Vila yarım illik fasilədən sonra paytaxt klubuna dönüb.

 

Qeyd edək ki, Albaniya yığmasında 27 matça 3 qol vuran yarımmüdafiəçi Topaz Premyer Liqasında 6, Azərbaycan kubokunda 1 oyun keçirib.

0