“İnter”in 3 futbolçusu Gürcüstan millisində
10.03.2015 - 09:00
“İnter”in 3 futbolçusu Gürcüstan millisində

Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze rəhbərlik etdiyi Gürcüstan yığmasının heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mövsümün sonunadək iki komandanı çalışdıran gürcüstanlı mütəxəssis debüt matçına paytaxt təmsilçisinin futbolçularını da dəvət edib.

 

Belə ki, müdafiəçilər Laşa Salukvadze, Aleksandr Amisulaşvili və hücumçu Baçana Sxadadze yığmada da təcrübəli mütəxəssisin sərəncamında olacaq. Onlar martın 25-də Malta ilə yoldaşlıq, 4 gün sonra isə Almaniya ilə AVRO-2016-nın seçmə oyunlarında meydana çıxmaq şansı qazanıb.

 

Qeyd edək ki, Malta millisi Gürcüstanla yoxlama oyunundan 3 gün sonra Azərbaycan yığması ilə qarşılaşacaq.