“İnternational Champions Cup”ın bütün iştirakçıları bəlli oldu
22.03.2016 - 19:05
“İnternational Champions Cup”ın bütün iştirakçıları bəlli oldu

Avropa klublarının mövsümöncəsi hazırlıq turniri kimi artıq ənənə halını almış “İnternational Champions Cup”ın builki iştirakçıları artıq məlumdu. Apasport.az saytının məlumatına görə, 10 komanda hazırlıq turnirində iştiraka razılıq verib.

 

İngiltərə klubları “Lester”, “Liverpul” və “Çelsi”, İspaniyadan “Barselona” və “Real”, İtaliyadan əzəli rəqiblər “Milan” və “İnter”, bundan əlavə Almaniyadan “Bavariya”, Fransa çempionu PSJ və Şotlandiya təmsilçisi “Seltik” ən güclünün kimliyinə aydınlıq gətirəcəklər.

 

Qarşılaşmalar Şimali Amerikada və Avropada oynanılacaq.

 

Qeyd edək ki, turnirə iyulun 23-dən etibarən start veriləcək.