FİFA-nın qərarına əsasən DÇ-2018-in seçmə mərhələsində çıxış edəcək Kosova və Cəbəllütariq milliləri uyğun olaraq İ və H qruplarında yerləşdiriblər. Apasport.az saytının məlumatına görə, Rusiyanın İdman Naziri və Futbol Federasiyasının prezidenti Vitali Mutko FİFA-nın bu addımının onlar üçün problem ola biləcəyini qeyd edib.
“Biz ev sahibi olduğumuz üçün seçmə mərhələdən azad idik. Ona görə də, UEFA qərara almışdı ki, formamızı itirməmək üçün 5 komandalı qruplardan biri olan H qrupunun komandaları ilə yoldaşlıq oyunu keçirək. Kosova və Cəbəllütariqin qruplara əlavə olunmasından sonra isə oynamağa vaxtımız olmayacaq. Bütün yığmaların qrafiki əvvəldən məlumdur. Sınaqçı rəqib tapmaq çox çətin olacaq” – deyə Mutko bildirib.
RFF prezidenti UEFA ilə danışacaqlarını və bir çarə fikirləşəcəklərini də vurğulayıb.