“Liverpul”un gözü Romadadı
12.05.2017 - 00:50
“Liverpul”un gözü Romadadı

Növbəti mövsümdə Çempionlar Liqasında çıxış etməyi planlaşdıran “Liverpul” hücum xəttini gücləndirmək barədə düşünür. Apasport.az saytının məlumatına görə, “qırmızılar” “Roma”nın misirli hücumçusu Məhəmməd Salahı transfer etməyi planlaşdırır.

 

Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Ötən il 15 milyon avro qarşılığında “Çelsi”dən transfer edilən Salahın transfer qiymətinin 30 milyon avro olduğu qeyd edilib.

 

Qeyd edək ki, misirli hücumçu cari mövsümdə şans qazandığı 38 oyunda 17 qol vurub, 14 qol ötürməsi edib.