“Mançester Siti”, “Seltik”... və İspaniya ikinci divizionu
07.02.2017 - 22:55
“Mançester Siti”, “Seltik”... və İspaniya ikinci divizionu

Yunanıstan millisinin hücumçusu Georgios Samaras karyerasını İspaniya Sequndasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvard “Saraqosa”yla anlaşıb.

 

Bu barədə xəbəri Sequnda klubunun saytı yayıb. Samaras “Saraqosa”yla mövsümün sonunadək anlaşıb. O, ispan təmsilçisinə azad agent kimi keçib.

 

Karyerası ərzində “Herenven”, “Seltik”, “Mançester Siti”, “Vest Bromviç”, “Əl Hilal” kimi klubların şərəfini qorumuş Samarasın son iş yeri MLS təmsilçisi “Rayo Oklahoma” olub.

 

Qeyd edək ki, 2006-cı ildən Yunanıstan millisinin uğurları üçün çalışan hücumçu yığmanın formasında meydana çıxdığı 81 oyunda 9 qola imza atıb.