“Mançester Siti” ilə oyunöncəsi “Çelsi”də 2 problem
16.04.2016 - 11:11
“Mançester Siti” ilə oyunöncəsi “Çelsi”də 2 problem

İngiltərə çempionatının XXXIV turunda “Mançester Siti”ni qəbul edəcək "Çelsi" oyuna itkilərlə çıxacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “zadəganlar” Con Terri və Eden Azarın xidmətindən yararlana bilməyəcəklər.

 

Buna səbəb hər iki futbolçunun zədəli olmasıdı. Məlumatı London klubununu baş məşqçisi Qus Hiddink də təsdiqləyib.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Çelsi” – “Mançester Siti” qarşılaşması saat 20:30-da start götürəcək.