“Mançester Siti”nin hücumçuları geri qayıtdı
08.01.2015 - 20:17
“Mançester Siti”nin hücumçuları geri qayıtdı

“Mançester Siti”nin heyətində şad xəbər. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in hücumçuları Serxio Aquero ilə Edin Dzeko zədələrini bərpa edərək, komandanın sıralarına qayıdıblar.

 

Hər iki futbolçu ingilis klubunun bugünkü məşqində iştirak ediblər.

 

Qeyd edək ki, dekabrın ayından zədəli olan Aquero cari mövsümdə Premyer Liqada 15 matçda forma geyinib və 14 qola imza atıb. Dzeko isə 11 görüşün yalnız ikisində fərqlənə bilib.