“Mançester Yunayted” tarixində bir dövr sona çatdı
16.08.2016 - 20:47
“Mançester Yunayted”in tarixində bir dövr başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə olaraq "qırmızı şeytanlar"ın futbolçuları və məşqçilər korpusu arasında şotlandiyalı olmayacaq.
Klubun yarandığı 1902-ci ildən bəri “manukunyanlar”ın futbolçuları və məşqçilər korpusu arasında ən azı bir şotland olub. Ancaq ötən həftə Donald Lavın “Sanderlend”ə keçməsindən sonra bu ənənəyə son qoyulub.
Qeyd edək ki, “Mançester Yunayted”də Cek Peddi, Denis Lou, Mett Basbi, Aleks Ferqyuson, Qordon Strakan, Darren Fletçer kimi məşhur şotlandlar olub.
0
0