“Mançester Yunayted” və “Arsenal”dan sonra üçüncü
09.05.2017 - 01:54
“Mançester Yunayted” və “Arsenal”dan sonra üçüncü

İngiltərə Premyer Liqasının 36-cı turunda “Middlsbro” üzərindəki qalibiyyət (3:0) “Çelsi” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu, londonluların Premyer Liqada qazandığı 300-cü qələbədir.

 

“Zadəganlar”dan başqa 3 klub 300 qalibiyyət həddini keçməyi bacarıb.

 

İlk sırada “Mançester Yunayted” gedir. “Qırmızı şeytanlar” 347 oyunda rəqiblərini xala həsrət qoyub. İkinci “Arsenal”ın aktivində isə 306 qələbə var.

 

Qeyd edək ki, 36 oyundan sonra aktivində 81 xal olan “Çelsi” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komandaya çempion olmaq üçün sadəcə 1 qələbə kifayətdir.