“Yuventus”un hücumçusu Alvaro Moratanın növbəti mövsümə hansı komandada başlayacağına hələ aydınlıq gəlməyib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı forvardla bir neçə klub yaxından maraqlanır.
“Mançester Yunayted” 23 yaşlı forvardı heyətinə qatmaq niyyətindədi. Ancaq “mankunianlar”ın bu arzusu həyata keçməyə də bilər. Belə ki, Madrid “Real”ı da sabiq futbolçusu ilə danışıq aparır. “Qalaktikos” Moratanı geri qaytamaq qərarına gəlib.
Öz növbəsində, “Yuventus” rəhbərliyi də istedadlı hücumçu ilə əməkdaşlığı davam etdirmək fikrindədi.
Qeyd edək ki, “Real”ın yetirməsi olan Morata 2014-cü ildən “Yuve”nin formasını geyinir. O, “qoca sinyora”nın heyətində bu vaxta qədər 91 oyunda 26 qola imza atıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi