“Mançester Yunayted”dən 80 milyonluq təklif
02.03.2016 - 14:30
“Napoli”nin hücumçusu Qonsalo İquain yayda İngiltərəyə köçə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “Mançester Yunayted” klubu yaxından maraqlanır.
“Mankunianlar” mövsümün sonunda İquaini heyətlərinə qatmaq niyyətindədilər. Premyer Liqa təmsilçisi bu keçidin baş tutması üçün 80 milyon avro xərcləməyə hazırdı. Hələlik italiyalılar “Mançester Yunayted”in təklifinə cavab verməyiblər.
Qeyd edək ki. Argentina yığmasının da üzvü olan İquain “Napoli”yə 2013-cü ildə Madrid “Real”ından keçib.
0
0