“Milan” 37 yaşlı futbolçu ilə müqavilə imzaladı
01.07.2015 - 20:31
İtaliyanın “Milan” klubu qapıçı Kristian Abbiyatti ilə müqavilə yeniləyib. Apasport.az-ın “Milan”ın rəsmi saytına istinadən məlumatına görə, 37 yaşlı qapıçı ilə yeni müqavilə 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, Abbiyatti 1998-ci ildən “rassionerlər”in şərəfini qoruyur. Bu müddətdə o, müxtəlif illərdə “Yuventus”, “Torino” və “Atletiko”da icarə əsasında çıxış edib.
0
0