“Milan” qapıçısını satmağa hazırdı
27.03.2016 - 20:42
“Milan” qapıçısını satmağa hazırdı

“Milan” gənc qapıçısı Canluici Donarummanı satmaq haqqında düşünür. Apasport.az saytının məlumatına görə, bu barədə “Tuttosport” nəşri xəbər yayıb.

 

Avropanın bir sıra top-klubları 17 yaşlı qapıçı ilə ciddi maraqlanır. Belə olan halda milanlılar gənc oyunçunun satışından yaxşı maddi gəlir əldə etmək firkindədilər.

 

Belə ki, artıq onun üçün qiymət də müəyyənləşdirilib. Donarummanı heyətində görmək istəyən klub 40 milyon avrosundan keçməli olacaq.