“Milan”da 18 il sonra ayrılıq
13.05.2016 - 22:46
"Milan"ın qapıçısı Kristian Abbyati futbolçu karyerasını başa vurur. Apasport.az saytının məlumatına görə, bu barədə klub xəbər yayıb.
Sabah A seriyasının 38-ci turunda “Roma” ilə matç 38 yaşlı qolkiper üçün sonuncu oyun olacaq.
Artıq klub rəhbərliyi onun vida mərasimi üçün bəzi hazırlıqlar da görüb.
Qeyd edək ki, K.Abbyati 1998-ci ildən "Milan"da çıxış edir. O, üç mövsüm, hərəsində bir il olmaqla “Yuventus”, “Torino” və “Atletiko” da icarə əsasında çıxış edib. Qapıçı düz 15 il doğma klubunun şərəfini qoruyub.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0