“Milan”dan 6-cı antirekord
05.02.2017 - 18:11
İtaliya A seriyasının XXIII turunda “Sampdoriya” ilə qarşılaşan “Milan” 1:2 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, bu, yenilgi ilə “qırmızı-qaralar” klub antirekordunu yeniləyib.
Belə ki, genuyalılarla oyun “rassionerilər” üçün ardıcıl 4-cü məğlubiyyətlə əlamətdar olub. A seriyasında bundan əvvəlki üç görüşdə “Napoli”, “Udineze” və “Yuventus”a (hamısı 1:2) uduzan komanda 4-cü dəfə meydanı başıaşağı tərk edərək uğursuz seriyaya imza atıblar.
Maraqlıdır ki, bu, “Milan”ın ilk belə uğursuzluq zolağı deyil. Klub daha əvvəl 5 dəfə də eyni aqibətlə üzləşib.
0
0