“Mundiala hazırlaşmaq üçün yetərincə vaxt var”
05.09.2016 - 20:15
“Mundiala hazırlaşmaq üçün yetərincə vaxt var”

“Arsenal”ın futbolçusu Məsut Özil Türkiyə yığmasının DÇ-2018 perspektivi haqda danışıb. Apasport.az saytının məlumatına görə, türkəsilli yarımmüdafiəçi alman jurnalistlərə açıqlama verib.

 

“AÇ-2016-da hər kəs Türkiyədən daha böyük uğur gözləyirdi. Amma futbolda heç də həmişə istədiyini edə bilmirsən. İndi isə hədəf DÇ-2018-di. Türkiyə yığmasının mundiala hazırlaşmaq üçün yetərincə vaxtı var.

 

“Ay-ulduzlular” daha güclü şəkildə geri dönəcək, buna heç kimin şübhəsi olmasın” – deyə, məşhur oyunçu bildirib.

 

Qeyd edək ki, Türkiyə yığması Fransada keçirilən Avropa çempionatında qrupdan çıxa bilməmişdi.