“Neftçi” – “Sumqayıt” oyununun vaxtı dəyişdirildi
22.08.2015 - 16:18
“Neftçi” – “Sumqayıt” oyununun vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının III turunun "Neftçi" - "Sumqayıt" matçının başlanma saatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, avqustun 23-də baş tutacaq qarşılaşma saat 18:30-da deyil, 18:15-də start götürəcək.

 

Buna hava şəraiti səbəb olub. Brlə ki, havanın buludlu və tutqun olması səbəbindən PFL tərəfindən "Neftçi" -  "Sumqayıt" oyununun vaxtı dəyişdirilib.

 

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.