Avropa Liqasının II təsnifat mərhələsinin Makedoniya “Şkendiya”sı ilə Bakıdakı oyununda qolsuz heç-heçə ilə kifayətlənən dəfələrlə bu duruma düşüb. Apasport.az saytının məlumatına görə, 4 dəfə evdəki ilk oyuna bu hesaba razılaşan bakılılar yalnız bir dəfə səfərdə istəyinə çatıb.
2001-ci ildə “HİT Qoritsa”ya Sloveniyada 0:1, 2004-cü ildə
MOİK-ə Rusiyada 0:2, 2013-cü ildə “Skenderbeu”ya Albaniyada 0:1 hesabı ilə uduzan “ağ-qaralar” hər dəfə mübarizəni dayandırıb. Paytaxt təmsilçisi yalnız 2014-cü ildə 0:0-dan sonra səfərdən müvəffəqiyyətlə dönüb. Təmsilçimiz “Çixura”nı Gürcüstanda 3:2 hesabı ilə yenib.
Qeyd edək ki, daha 8 dəfə Azərbaycan klubu evdəki ilk matçda qolsuzluqla kifayətlənib. “Qarabağ” hər iki halda mərhələ keçibsə, “İnter”, “Qəbələ” və “Kəpəz”in də yeganə şansı uğurlu olub. 2 dəfə “Bakı”, 1 dəfə “MKT-Araz” isə səfərdən üzgün qayıdıb. Ümumilikdə təmsilçilərimiz 12 belə durumdan 6-da mərhələ keçib.