“Neymar “Oskar”a layiqdi”
26.02.2016 - 13:44
“Neymar “Oskar”a layiqdi”

Madrid “Real”ının sabiq futbolçusu Quti Ernandes əzəli rəqib “Barselona”nın futbolçularına söz atıb. O, Kataloniya klubunun konkret 3 üzvünü hədəf seçib.

 

Quti “Barsa”nın oyunçularının cərimə zərbələri zamanı özlərini yerə çırpmaq bacarığının yüksək səviyyədə olduğunu söyləyib: “Neymar, Xordi Alba və Dani Alveş simulyant deyillər. Amma onlara qarşı kiçik bir foul olanda özlərini yerə çırpmağı bacarırlar. Bununla da, epizodu hakimin gözündə şişirtməyə çalışırlar. Ümumiyyətlə, Neymar meydandakı aktyorluq bacarığına görə, “Oskar” mükafatına layiqdi. Onda bu hərəkətlər çox yaxşı alınır”.

 

Qeyd edək ki, Quti 1995-2010-cu illərdə “Real”ın heyətində 500-dən çox oyun keçirib.