“Onlara qarşı səfərdə oynamaq həmişə ağır olub”
18.03.2015 - 18:27
“Maraqlı oyun alındı. Düzdür, ilk hissədə qapalı futbol gedirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
43 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XXVI turunun “Sumqayıt”la səfər oyunu haqda fikirlərini açıqlayıb. Qurbanov 2:1 hesablı qələbənin çətinliklə əldə edildiyini qeyd edib: “Amma ikinci hissədə maraqlı bir oyun alındı. Düşünürəm ki, “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub. Buna baxmayaraq, vacib 3 xalımızı qazandıq”.
Mənbə: pfl.az
0
0