“İlk matçda uduzduq. Düzdü, bizi səfərdə çətin oyun gözlədiyini bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/8 final mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab oyunuöncəsi fikirlərini bildirib: “Dortmundda əla bir görüş olacaq. Çətin ki, qarşılaşma qolsuz başa çatacaq. Növbəti mərhələyə keçmək üçün “Yuventus”a çox qol vurmaq lazımdı. Turindəki matçda biz rəqibin çox fərqlənməsinə imkan vermədik. Onlar yalnız bizim səhvimizdən maksimum yaralandılar. “Borussiya”da çox sürətli oyunçular var. Onların zəif tərəflərindən istifadə etmək gərəkdi”.
Qeyd edək ki, bu komandalar arasında Turində keçirilən ilk oyunda “Yuventus” 2:1 hesabı ilə qalib gəlib. Cavab matçı isə sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.