“Onun etdiklərini hələ kimsə bacarmayıb”
25.11.2016 - 21:37
İspaniya yığmasının baş məşqçisi Xulen Lopoteqi “qızıl top”un səsverməsində kimləri seçdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “matadorlar”ın çalışdırıcısı gözlənildiyi kimi “Barselona” və “Real”ın futbolçularını önə çıxarıb.
O, birinci yerə Lionel Messini layiq görüb. Lopoteqi Serxio Ramosu ikinci, Kriştiano Ronaldonu isə 3-cü yerlə “qiymətləndirib”.
“Qızıl top”da kimə səs vermişəm? – Messi, Ramos, Ronaldo. Messinin meydanda etdiklərini hələ indiyə qədər kiminsə bacardığını görməmişəm” – deyə o, yerli mətbuata açıqlamasında bildirib.
0
0