“Oskar”a namizəd rejissor əfsanəvi futbolçudan film çəkəcək
28.02.2016 - 19:13
“Oskar”a namizəd rejissor əfsanəvi futbolçudan film çəkəcək

Əfsanəvi futbolçu Stiven Cerardın həyatı film olacaq. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, məşhur rejissor Azif Kapadia “Liverpul”un keçmiş futbolçusu haqqında sənədli film çəkmək istəyir.

 

Artıq Devid Bekhem, Ueyn Runi, məşqçilər Kenni Dalqliş və Sven Qoran Erikson bu çəkilişdə iştirak etməyə razılıq veriblər.

 

Xatırladaq ki, Kapadianın müğənni Emi Uaynhaus haqqında çəkdiyi ekran əsəri bu il “Oskar” mükafatına namizədlər sırasındadı. Hazırda isə o, Dieqo Maradona haqqında sənədli film üzərində işləyir.