“Qalatasaray”a iki bəd xəbər
06.09.2016 - 00:34
“Qalatasaray”a iki bəd xəbər

“Qalatasaray” milli komandalarn düşərgəsində olan 2 oyunçusundan pis xəbər alıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar”ın yeni transferi Kolbeyn Siqtorson İslandiya, qapıçı Fernando Muslera isə Uruqvay millisinin heyətində zədələnib.

 

Musleranın vəziyyəti haqqında yekun məlumat verilməsə də, Siqtorsonun vəziyyəti ağırdı. Belə ki, islandiyalı İstanbul klubu ilə heç bir oyuna çıxmadan əməliyyata məruz qalıb.

 

Zədələndiyi üçün millinin düşərgəsindən ayrılan oyunçu Türkiyədə cərrah müdaxiləsinə ehtiyac duyub. Onun sağ dizində yırtıq əmələ gəldiyi üçün ən az bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Klubdan verilən açıqlamaya görə, oyunçunun əməliyyatı uğurla keçib və bərpa prosesinə başlanılıb.