“Qalatasaray”dan ayrılıb Amerikaya gedir
27.03.2016 - 22:13
“Qalatasaray”dan ayrılıb Amerikaya gedir

“Qalatasaray”ın əfsanələri sırasında yer alan və hazırda klubda qapıçı məşqçisi kimi çalışan Kaludio Taffarel İstanbuldan ayrılmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis Amerika klublarından birinə yollanmağı düşünür.

 

Bu barədə Türkiyənin “Habertürk” qəzeti xəbər yayıb. Bildirilib ki, aktiv şəkildə paralell olaraq Braziliya millisində də eyni vəzifəni icra edən Taffarelə sərfəli təklif var və onun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyəcək.

 

Qeyd edək ki, əfsanəvi qapıçı 2011-ci ildən “sarı-qırmızılar”da çalışır.