“Qalatasaray” transfer siyahısında olan braziliaylı futbolçu Damiaodan əl çəkməli olacaq. Apasport.az saytının məlumatına görə, klubu “Santos”dan maaşını ala bilmədiyi üçün sərbəst qalması gözlənilən futbolçu üçün Türkiyənin son çempionu əsas müştəri idi.
Ancaq Braziliyanın yüksək məhkəməsinin verdiyi bir qərar “aslanlar”ın arzusunu ürəyində qoyub. Belə ki, Sao Paulo məhkəməsi regional məhkəmənin verdiyi müqavilənin ləğv edilməsi qərarını təsdiq etməyib. Beləliklə, Damiao hələ də “Santos”un futbolçusudu.
Bu vəziyyətdə isə onu almaq istəyən komanda 200 milyon avro ödəməli olacaq.
Məhkəmənin qərarı ilə “Qalatasaray” da Damiao dəftərini bağlamış oldu.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”