“Qalatasaray”ın keçmiş çalışdırıcısı A seriyasında işləyə bilər
07.04.2017 - 20:33
“Qalatasaray”ın keçmiş çalışdırıcısı A seriyasında işləyə bilər

Tanınmış mütəxəssis Çezare Prandelli növbəti mövsümdən İtaliya A seriyasında çalışa bilər. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatı Prandellini A seriyası klublarından “Sassuolo”nun “sükanı arxasına” “yollayıb”.

 

Belə ki, İtaliya yüksək liqasında 15-ci pillədə qərarlaşan “Sassuolo” rəhbərliyinin artıq Prandelliylə görüşdüyü, onun bu klubdan gələn təklifi həvəslə qarşıladığı bildirilir.

 

Qeyd edək ki, “Qalatasaray”dan ayrıldıqdan sonra bir müddət “Valensiya”nın “sükanı arxasında” çalışan italiyalı mütəxəssis İspaniyada da çox qalmamışdı.