Avropa Liqasında II turun oyunları başa açtıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da qitənin ikinci dərəcəli klub turnirində növbəti matçını keçirib.
İlk turda dogma azrkeşləri önündə “Sent-Etyen”lə qolsuz bərabərliyə qalan Azərbaycan çempionu qrupda ilk səfər sınağına çıxıb. Qurban Qurbanovun yetirmələri məşhur “Cüzeppe Meattsa” stadionunda İtaliyanın “İnter” klubu ilə qarşılaşıb.
Ağdam təçsilçisi A seriyasının son turunda “Kalyari”yə 1:4 hesabı ilə uduzan milanlılardan ən azı 1 xal almaq niyyətində idi ki, təmsilçimizin istəyi reallaşmayıb.
Oyuna yaxşı başlayan komandamız 18-ci dəqiqədə gözlənilmədən qapısında top görür. İbrahim Şehiçi Danilo Dambrosio cəzalandırıb. Fasiləyə məğlub durumda yollanan ağdamlılar ikici yarıda qol vurmaq əvəzinə, növbəti dəfə mərkəzdən başlamağa məcbur olub. Bu dəfə “İnter”in hücumçusu Mauro İkardi dəqiq oynayıb. Matçın sonuna qədər “Qarabağ”ın ciddi cəhdlərinə baxmayaraq, hesab arasındakı fərqi azltmaq mümkün olmayıb – 2:0.
Beləliklə, “Qarabağ” Avropa Liqasında qrup mərhələsin ikinci oyununda meydanı xalsız tərk edib.
Avropa Liqası
Qrup mərhələsi
II tur
2 oktyabr
“İNTER” (İTALİYA) - “QARABAĞ” (AZƏRBAYCAN) - 2:0
QOLLAR: Danilo Dambrosio, 18, Mauro İkardi, 85
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Andrey Getsikov
Dördüncü hakim: Oleq Maslyanka
Əlavə hakim köməkçiləri: Sergey Sinkeviç, Denis Şerbakov (hamısı Belarus)
UEFA nümayəndəsi: Joze Gilyerme Agiar (Portuqaliya)
Hakim-inspektor: Frank De Bleekere (Belçika)
Milan. "Cüzeppe Meatsa" stadionu
İnter: 30. Xuan Pablo Karrizo, 5. Xuan Xesus, 6. Marko Andreolli, 9. Mauro İkardi, 13. Fredi Quarin, 17. Zdravko Kuzmanoviç, 88. Hernanes, 23 Andrea Ranoççia (k), 33. Danilo Dambrosio, 55. Yuto Naqatomo, 90. Yann Mvila
Ehtiyat oyunçular: 1. Samir Handanoviç, 7. Dani Osvaldo, 8. Rodriqo Palasio, 15. Nemanya Vidiç, 18. Qari Medel, 20. Coel Obi, 25. İbrahima Mbaye
Baş məşqçi: Valter Matsari
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 33. Şəhriyar Əliyev, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov
1. |
İnter |
2 |
2 |
0 |
0 |
3:0 |
6 |
|
2. |
Sent-Etyen |
2 |
0 |
2 |
0 |
0:0 |
2 |
|
3. |
Dnepr |
2 |
0 |
1 |
1 |
0:1 |
1 |
|
4. |
Qarabağ |
2 |
0 |
1 |
1 |
0:2 |
1 |