[b]“Qarabağ” azarkeşlərinə müjdə[/b]
29.08.2017 - 15:48
[b]“Qarabağ” azarkeşlərinə müjdə[/b]

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi" - "Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib. Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi" - "Qarabağ" oyunu keçiriləcək.