"Slovan"da “Qarabağ”la oyunöncəsi daha bir itki
24.11.2016 - 13:35
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək “Slovan” daha bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytı Çexiya mətbuatına istinadən xəbər verir ki, söhbət David Hovorkadan gedir.
Zədəli olan yarımmüdafiəçinin Ağdam klubuna qarşı oynamayacağı bildirilir. Onunla yanaşı, komandanın təcrübəli hücumçusu Milan Baroş da analoji səbəbdən bu gün meydana çıxmayacaq.
Qeyd edək ki, “Slovan” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.
0
0