[b]“Qarabağ”la ilk , 1689 günlük həsrətə son[/b]
26.03.2016 - 17:29
[b]“Qarabağ”la ilk , 1689 günlük həsrətə son[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç uzun fasilədən sonra yenidən Bosniya və Herseqovina millisinin formasını geyinib. Apasport.az saytının məlumatına görə, Ağdam klubunda çıxış etdiyi son illər ərzində dəfələrlə yığmaya çağırılan əlcək sahibi Lüksemburqla dünənki oyunda tilsimi qırıb.

 

O, ilk dəfə “Qarabağ”ın futbolçusu kimi millinin heyətində meydana çıxıb. Belə ki, Şehiç yığmada keçirdiyi əvvəlki 3 oyunda digər klubların üzvü kimi iştirak etmişdi.

 

2010-cu ildə Slovakiya (3:2) və Polşa (2:2) ilə yoxlama oyunları zamanı qolkiper “Jelezniçar”ın şərəfini qoruyurdu. 2011-ci il avqustun 10-dakı son matç zamanı isə o, Türkiyə təmsilçisi “Mersin İdman Yurdu”nun qapıçısı olub. Yunanıstanla yoxlama oyunu qolsuz nəticələnib.

        

Lüksemburq üzərində 3:0 hesablı qələbədə 45 dəqiqə oynamaqla pay sahibi olan qapıçı 1689 gündən sonra milli forma geyinməyə müvəffəq olub. 4 ildən də çox gözləyən qolkiper yenə yoxlama oyununda şans qazanıb.