Qış fasiləsindən sonra ölkə çempionatında keçirdiyi hər iki görüşdə məğlub olan “Sumqayıt” XXI tur çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu görüşə Emin Mehdiyevsiz çıxacağı halda, ötən turu buraxmış 4 futbolçusunun xidmətindən yararlana biləcək.
Mehdiyev “Zirə” ilə matçda qırmızı vərəqə aldığından, cəzalı duruma düşüb və bu səbəbdən “Qəbələ”yə qarşı oynaya bilməyəcək. Əvəzində “Sumqayıt”ın heyətində 3 futbolçu cəzasını başa vurub. Söhbət komandanın kapitanı Vurğun Hüseynov, həmçinin Aleksandr Çertoqanov və Ağabala Ramazanovdan gedir.
Əsas heyət üzvlərindən olan Cəmil Hacıyev isə zədəsini tam sağaldaraq, komanda ilə məşqlərə qatılıb. Ötən turu buraxmaq məcburiyyətində qalan 21 yaşlı futbolçu Qəbələ səfərində meydana çıxa biləcək.
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” qarşılaşması fevralın 14-də keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”