Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Qəbələ”nin hazırlıq planı müəyyənləşib. Apasport.az saytına klubdan verilən məlumata görə, bölgə təmsilçisi baş məşqçi təyinatına görə gecikdiyindən, əvvəlcədən nəzərdə tutulan 2 mərhələli toplanışdan imtina edib.
Belə ki, ilk mərhələ üçün Türkiyənin Bolu şəhərində 1 həftəlik təlim-məşq toplanışı nəzərdə tutulsa da, vaxt azlığından buna ehtiyac duyulmayıb. Əvəzində “Qəbələ” hazırlıqlarını birbaşa Mərkəzi Avropa ölkəsində keçirəcək.
Avstriya və Sloveniya üzərində seçim edən “qırmızı-qaralar” 2-ci ölkəyə üstünlük verib. Komanda Sloveniyaya iyunun 12-də yola düşəcək və hazırlıqlar 15 gün davam edəcək. Ancaq püşkatmanın nəticəsindən asılı olaraq, ölkə xaricindəki toplanışın müddəti uzana da bilər.
Qeyd edək ki, “Qəbələ” Sloveniya toplanışı zamanı 5 yoxlama oyunu keçirməyi nəzərdə tutub.
[b]“Qəbələ” seçimini etdi[/b]
09.06.2014 - 12:10
0
0