Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda çıxış edən “Sent-Etyen” bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi Stefan Ruffyenin sözləşməsinin müddətini uzadıb.
Yeni razılaşmaya əsasən, təcrübəli qapıçı 2021-ci ilə qədər “Sent-Etyen”in formasını geyinəcək.
Özünü xoşbəxt hiss etdiyini deyən Ruffye Avrokubokda uğur qazanmaq istəyində olduğunu bildirib. O, Avropa Liqasında mübarizəni davam etdirib, yaxşı nəticəyə imza atmağa çalışacaqlarını deyib.
Qeyd edək ki, 30 yaşlı qolkiper 2011-ci ildən “Sent-Etyen”in formasını geyinir.